AZ

Tanınmış hindistanlı memar Bakıda mühazirə ilə çıxış edib

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hindistanın Azərbaycandakı səfirliyi “Bakı Axşamları” adlı məşhur mədəni və intellektual silsilə çərçivəsində tanınmış Hindistan memarı, TEDx çıxışçısı və kurator Racendra Kumarın “Hindistan: Şəhərlər və Memarlıq” mövzusunda mühazirəsini təşkil edib. 

525.az xəbər verir ki, tədbirdə Azərbaycan, Hindistan və digər ölkələrdən olan elm adamları, tədqiqatçılar, tələbələr, eləcə də Bakıda yaşayan Hindistan diasporunun nümayəndələri iştirak ediblər.

Səfir Abhay Kumar çıxışında Hindistan memarlığının zənginliyini və irsini vurğulayaraq bildirib ki, bu memarlıq mənəviyyat və dayanıqlılığın, estetika və funksionallığın, ənənə və müasirliyin harmonik vəhdətini özündə əks etdirir. O qeyd edib ki, Hindistan və Azərbaycan mədəni irsə və şəhər ənənələrinə dərin hörmət bəsləyən ölkələrdir, Bakı, Şəki, Caypur və Əhmədabad kimi tarixi şəhərlər bunun canlı memarlıq nümunələridir.

Memar Racendra Kumar Hindistan şəhərlərinin müxtəlif memarlıq üslublarını əhatə edən maraqlı və məzmunlu təqdimatla çıxış edib. O, Kempeqouda Beynəlxalq Hava Limanının tikintisində bambukdan innovativ istifadəsi və Koçin Beynəlxalq Hava Limanının fəaliyyətində günəş enerjisindən istifadənin tətbiqi kimi diqqətçəkən faktları bölüşüb.

Mühazirədən sonra dinamik və interaktiv sual-cavab sessiyası keçirilib və iştirakçılar müzakirələrdə fəal iştirak ediblər.

Tədbir Hindistan mətbəxinin ləziz təamları ilə yekunlaşıb və qonaqlara ünsiyyət qurmaq, eyni zamanda hind qonaqpərvərliyini yaxından tanımaq imkanı yaradıb.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
525.az

2Mənbələr