AZ

İctimai nəqliyyatda yeni dövr 90 dəqiqəlik bilet nədir?

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Təqaüdçülər, məktəblilər və tələbələr üçün ictimai nəqliyyatda xüsusi biletlər tətbiq olunacaq".

"AzPolitika" xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli ictimai nəqliyyatda 90 dəqiqəlik gediş-gəliş biletlərinin tətbiqindən danışarkən bildirib.

Ekspertin sözlərinə görə, yeni sistemdə sərnişinlər 90 dəqiqə ərzində istənilən nəqliyyat növündən istifadə edərkən yalnız bir dəfə bilet alacaqlar: "Metrodan çıxandan sonra növbəti nəqliyyat növündən istifadə etmək üçün ayrıca bilet alınmayacaq. Yəni metrodan sonra avtobusa minəndə bilet almağa ehtiyac qalmayacaq. Həmçinin 90 dəqiqə ərzində bir deyil, 3 avtobus dəyişsəniz belə, əlavə bilet tələb olunmayacaq".

Natiq Cəfərli bildirib ki, sistemdə ikinci əsas məqam tarif siyasəti ilə bağlıdır: "Günlük və həftəlik biletlər daha baha olacaq. Bu, dünya praktikasında da belədir və məntiqi olaraq doğrudur. Aylıq, 6 aylıq və illik biletlərdə isə gedişhaqqı daha ucuz olmalıdır. Bu biletlərin qiymətləri yəqin ki, müəyyənləşəndən sonra açıqlanacaq. Dünya praktikasında da illik biletlər daha sərfəli olur".

Ekspert əlavə edib ki, sistemdə sosial kateqoriyalar üçün xüsusi yanaşma olacaq: "Təqaüdçülər, məktəblilər və tələbələr üçün xüsusi biletlər olacaq. Həmin biletlərin qiyməti daha ucuz olmalıdır. Biz bu məsələləri illərdir təklif edirdik, amma indi artıq tətbiq olunması gündəmə gəlib".

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov 2026-2028-ci illərdə brutto müqaviləsinə keçidlə ictimai nəqliyyatda bir sıra yeniliklərin olacağını bildirib. Həmin yeniliklərə Azərbaycanda günlük, aylıq və illik bilet paketlərinin tətbiqi də daxildir. Eyni zamanda 90 dəqiqə ərzində bir nəqliyyat növündən digərinə pulsuz keçid təmin olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
2
azpolitika.info

3Mənbələr