AZ

"Hyundai" 400 mindən çox avtomobili geri çağırır - SƏBƏB

"Hyundai Motor Company" əyləc sistemi ilə bağlı proqram xətasına görə ABŞ-də 421 mindən çox avtomobili geri çağırdığını açıqlayıb.

Ölkə.az xəbər verir ki, məlumata görə, ön kameradakı proqram təminatında yaranan nasazlıq ön toqquşmanın qarşısını alan təhlükəsizlik sisteminin gözlənilmədən aktivləşməsinə səbəb ola bilər. Bu isə qəza riskini artırır.

Şirkət bildirib ki, diler mərkəzləri avtomobillərin ön kamera proqramını pulsuz yeniləyəcəklər. Avtomobil sahiblərinə rəsmi bildiriş məktublarının 17 iyul tarixindən göndərilməsi planlaşdırılır.

Geri çağırış aşağıdakı modelləri əhatə edir:

Hyundai Santa Cruz
Hyundai Tucson
Hyundai Tucson Hybrid
Hyundai Tucson Plug-in Hybrid

Qeyd edək ki, bu, son günlər Hyundai ilə bağlı ikinci böyük geri çağırışdır. (milli.az)

Seçilən
16
4
olke.az

5Mənbələr