Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi Məclisinin videokonfrans rejimində VIII iclası keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə Məclis üzvləri, ETİHİ Respublika Komitəsinin və üzv təşkilatların məsul şəxsləri iştirak ediblər.
ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyinə təşkilati məsələlər, ötən ilin smetasının icrası və cari ilin büdcə göstəriciləri, ötən dövr ərzində görülən işlər, həmçinin ittifaq üzvlərinə sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların verilməsinin yeni qaydalarının müzakirəsi məsələləri daxil edilib.
Çıxış edənlər gündəliyə daxil edilən məsələlər ətrafında geniş müzakirələr aparıb, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.
Məclis üzvləri 2025-ci ildə, eləcə də cari ilin ötən dövrü ərzində görülən işləri qənaətbəxş hesab edərək gündəlikdə duran təşkilati məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediblər.