Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Körfəz ölkələri İranın Hörmüz boğazı ilə bağlı müəyyən etdiyi yeni alternativ marşrutu qəbul etmədiklərini açıqlayıblar.
"Cebheinfo.az" xəbər verir ki, İranın Hörmüz boğazındakı keçidləri tənzimləmək məqsədilə yaratdığı və 20 mayda elan etdiyi “Fars Körfəzi Su Yolu İdarəsi” beş Körfəz ölkəsinin etirazına səbəb olub.
Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında Bəhreyn, Küveyt, Qətər və Səudiyyə Ərəbistanı tərəfindən də imzalanan ortaq bəyanat yayımlanıb.
Açıqlamada İranın təklif etdiyi alternativ marşrutun qəbul edilmədiyi vurğulanaraq, bu addımın beynəlxalq hüququn və gəmiçilik azadlığının pozulması olduğu, həmçinin IMO-nun boğazda təhlükəsiz gəmi hərəkətini tənzimləmə rolunu nəzərə almadığı bildirilib.
IMO Dəniz Təhlükəsizliyi Komitəsində qəbul edilən və Hörmüz boğazı və ətrafında ticarət və yük gəmilərinin təhlükəsiz hərəkətinin təmin olunmasına yönəlmiş qərarın məmnunluqla qarşılandığı qeyd olunub.
Qərarı dəstəkləyən ölkələrin İranın Hörmüz boğazı və ətrafında pilotsuz uçuş aparatları, raketlər və dəniz minalarından istifadə etməsindən, bunun isə dənizçilik təhlükəsizliyi üçün ciddi təhdid yaratmasından böyük narahatlıq duyduqları bildirilib.
“Fars Körfəzi Su Yolu İdarəsi” 20 may tarixində Hörmüz boğazında nəzarət və sərhəd sahələrinə dair xəritə yayımlamışdı.
Buna əsasən, nəzarət sahəsi Hörmüz boğazının şərqində İranın Mübarək dağı bölgəsi ilə Birləşmiş Ərəb Əmirliklərində yerləşən Cənubi Füceyrə xətti arasında, qərbdə isə İranın Keşm adası ilə BƏƏ-nin Ümmül-Qayveyn bölgəsi arasındakı xətt olaraq müəyyən edilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.