AZ

Latviya ərazisinə PUA daxil oldu − Gölə düşüb partladı


Mayın 23-ü səhər saatlarında Latviya ərazisinə pilotsuz təyyarə daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli sakinlər dövlət polisinə məlumat veriblər.
Şahidlərin sözlərinə görə, pilotsuz təyyarə ölkənin cənub-şərqində, Belarusla sərhəd yaxınlığında, Kraslava bölgəsindəki Dridzis gölünə düşüb. Suya dəyən kimi PUA partlayıb.
Polis artıq pilotsuz təyyarədən mümkün qalıqları aşkar edib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Latviya Milli Silahlı Qüvvələrinin nümayəndələri sensorların pilotsuz təyyarənin Latviya ərazisinə daxil olmasını aşkar etmədiyini və buna görə də sakinlərə hava hücumları barədə SMS bildiriş göndərmədiklərini bildiriblər.
Qeyd edək ki, son aylarda pilotsuz təyyarələr Şimali Avropa ölkələrinin hava məkanına daxil olur. Bunların Rusiya elektron müharibəsi səbəbindən istiqamətini itirən Ukrayna pilotsuz təyyarələri olduğu düşünülür.
Seçilən
25
1
yeniavaz.com

2Mənbələr