AZ

“Əsgərlərimizdən müsahibə alanda göz yaşlarımı saxlaya bilmirdim” – Sübhan Abasbəyli

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ikinci günü çərçivəsində şair-publisist Sübhan Abasbəyli oxucularla görüşüb və kitablarının təqdimatını keçirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan müəllifin 9 kitabı var.
 

MÖVZU İLƏ BAĞLI: 

Tanınmış aktyor: “Bu, kitabın və ədəbiyyatın bayramıdır”


S. Abasbəylinin yaradıcılığında əsasən Birinci və İkinci Qarabağ müharibələri, vətənpərvərlik mövzuları, şəhid, qazi və veteranların həyat yolu əks olunur.

Festival çərçivəsində müəllifin son kitabı olan “O yerlərdə izim qaldı” oxuculara təqdim olunub.

Bununla yanaşı, “Axırıncı güllə”, “Danışan illər” və “Ürəyimin harayı” kitabları da sərgilənib.

Müəllif bildirib ki, kitablarını ərsəyə gətirmək üçün əsgərlər, veteranlar və qazilərlə görüşüb, onların həyat hekayələrini dinləyib.

“Əsgərlərimizdən müsahibə alanda göz yaşlarımı saxlaya bilmirdim”, – deyə Sübhan Abasbəyli vurğulayıb.

Qeyd esək ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin kitab təqdimatları və oxucularla görüşləri davam edir.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

Seçilən
22
1
bizim.media

2Mənbələr