AZ

Özgür Özel CHP Qrup sədri seçilib

Özgür Özel Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının parlament qrupunun sədri seçilib.Bu barədə "TRT Haber" xəbər verir.

Partiyanın qərargahında keçirilən qapalı toplantıda təşkil olunan səsvermədə Özel iştirak edən 96 deputatdan 95-nin dəstəyini qazanıb. Bir səs etibarsız sayılıb.

Məlumata görə, xəstəlik, dəfn mərasimi və ya xaricdə olmaları səbəbindən toplantıya qatıla bilməyən 42 deputatdan 15-i də Özelə dəstəyini bildirib. CHP-nin Türkiyə Böyük Millət Məclisində ümumilikdə 138 deputatı var.

Xatırladaq ki, Ankara məhkəməsi CHP-nin 2023-cü ilin noyabrında keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib və bunun ardınca Özel partiya sədrliyindən kənarlaşdırılıb. Partiyanın keçmiş lideri Kemal Kılıçdaroğlu qərar yekunlaşanadək müvəqqəti sədr təyin olunub.

Seçilən
0
1
anews.az

2Mənbələr