AZ

AzTU ilə Qazaxıstan universitetləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfəri çərçivəsində Karaqanda şəhərində E.A. Buketov adına Karaqanda Milli Tədqiqat Universiteti, A.Saqinov adına Karaqanda Texniki Universiteti və Karaqanda Sənaye Universitetində olub, ali təhsil müəssisələrinin rəhbərlikləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.

Bildirilib ki, hər bir universitetdə keçirilən görüşlər zamanı AzTU-nun fəaliyyəti, təhsil və elmi-tədqiqat istiqamətləri, beynəlxalq əməkdaşlıq imkanları, sənaye ilə inteqrasiya mexanizmləri, innovasiya ekosistemi və gələcək tərəfdaşlıq perspektivləri barədə təqdimatlar keçirilib.

Təqdimatlarda, həmçinin AzTU ilə Qazaxıstan universitetləri arasında ortaq maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları xüsusi vurğulanıb.

Görüşlər çərçivəsində universitetlər arasında birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik mübadilə proqramlarının təşkili, mühəndis kadrların hazırlanması, innovasiya və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də müvafiq ixtisas istiqamətləri üzrə qarşılıqlı fəaliyyət imkanları müzakirə olunub.

AzTU nümayəndə heyəti səfər zamanı universitetlərin muzeyləri, elmi-tədqiqat laboratoriyaları, innovasiya mərkəzləri və müasir tədris infrastrukturu ilə də tanış olub. Nümayəndə heyəti, həmçinin universitetlərin elmi şuralarında iştirak edərək gələcək əməkdaşlıq üzrə konkret akademik və tədqiqat istiqamətlərini müəyyənləşdirilib.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti Karaqandada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib.

Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində Sənaye Dizaynı və Texnologiyaları İnstitutunun direktoru Manafəddin Namazov və Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli təmsil olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
azertag.az

1Mənbələr