Azərbaycanın pop səhnəsinin tanınmış siması Aygün Kazımova növbəti dəfə konsert proqramı ilə sevənlərinin qarşısına çıxıb.
Konserti izləyən tanınmış simalar arasında Fatimə Fətəliyeva və Lətifə Soyuöz də yer alıb. Lətifə Soyuözün ailəsi ilə birlikdə tədbirə qatılması diqqətdən yayınmayıb.
Gecədən yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər Aygün Kazımovanın səhnə obrazı və enerjisi ilə bağlı çoxsaylı rəylər paylaşıblar./milli.az/