AZ

Avropa İttifaqı İrana qarşı hərəkətə keçir

ain.az, Modern.az saytına istinadən bildirir.

Avropa İttifaqı Şurası İrana qarşı tətbiq edilən sanksiya mexanizminin əhatə dairəsini genişləndirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qərara əsasən, İranın Hörmüz boğazından gəmilərin sərbəst keçidinə mane olan addımlarında əli olan bütün fiziki və hüquqi şəxslər (təşkilatlar) məhdudiyyətlərə məruz qala bilər. Aİ rəsmilərinin qiymətləndirməsinə görə, Tehranın boğazdakı fəaliyyəti qlobal dəniz ticarətinə birbaşa təhdid yaradır.

Sanksiyalar siyahısına salınacaq şəxslər üçün Aİ ərazisinə giriş qadağası tətbiq olunacaq və onların Avropadakı aktivləri dondurulacaq. Bununla yanaşı, Avropa İttifaqı şirkətlərinə sanksiya siyahısında yer alan fiqurantlara hər hansı maliyyə vəsaiti və ya resurs təmin etmək də qəti şəkildə qadağan olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
modern.az

1Mənbələr