AZ

“Dayanıqlı sülhə gedən yolda nəzər nöqtəsi olmağı bacardıq”

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bu gün bütün dünyada şəhərləşmə prosesi sürətlə gedir. Bu qarşısıalınmaz prosesin getdikcə genişləndiyinin də şahidiyik. Nəqliyyat da daxil olmaqla sıxlığın artması sadəcə Azərbaycanı deyil, bütövlükdə bütün dünyanı narahat edən problemlərdən biridir. Çünki bu amilin özü bilavasitə ekoloji tarazlığın pozulmasına gətirib çıxardır. Təbii ki, bunlar konkret və birbaşa təsirlərdir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova vurğulayıb ki, unutmaq olmaz ki, şəhərləşmə xalqların milli mənəvi dəyərlərinə, tarixi yaddaşına da fundamental təsir göstərir: “Deməli, vasitəli təsirləri də görməzdən gəlmək olmaz. Bu amil insanların rifahına da təsirsiz ötüşmür. Odur ki, təkcə ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə beynəlxalq birliyin səylərini birləşdirməli olduğuna inanan qüvvələr bu istiqamətdə təxirəsalınmaz adımlar atırlar. Azərbaycan dünyada gedən çağırışlara proaktiv yanaşma ortaya qoyan dövlətdir. Cənab Prezident İlham Əliyevin hərtərəfli atdığı adımlar bu istiqamətdə öz sözünü deyir. COP29 zamanı da əldə edilən nəticələr bir daha sübut etdi ki, Bakı qlobal həmrəyliyi, beynəlxalq tərəfdaşlığı, çoxtərəfliyi təşviq edir, habelə diplomatiyanın gücünə inanır. Azərbaycan beynəlxalq urbanizasiya proseslərinə töhfə verir. WUF13-ün yüksək səviyyədə təşkil edilməsi bunun göstəricisidir. Göstəricilər və faktlar özünü həm də konkret nəticələrdə təzahür etdirir”.

Politoloqun fikirlərinə görə, Forum çərçivəsində liderlərin bəyanatları sessiyasının keçirilməsi, nazirlər görüşü Azərbaycanın WUF13 gündəliyinə töhfəsidir: “Bu sesisyalar və görüşlər zamanı beynəlxalq fəaliyyətə çağırış edildi, əməkdaşlıq niyyətləri ortaya qoyuldu. Əsas məsələlərdən biri ondan ibarətdir ki, bir daha Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uzaqagörən liderliyi dünya birliyi tərəfindən bir daha təsdiq edildu, təqdir edildi. WUF13 sadəcə öz profili baxımından önəmli bir tədbir deyildi. Azərbaycan öz niyyətini, məramını, tutmuş olduğu mövqeyi bir daha dünyaya çatdırmağı bacardı. Bu həm də məqamında baş tutan zəruri platforma idi. Dayanıqlı sülhə gedən yolda nəzər nöqtəsi olmağı bacardıq. Azərbaycanın təşəbbüsü ilə Bakı şəhər mükafatı təsis olundu ki, bu da ölkəmizin qlobal şəhərsalma gündəliyinin təşviqinə sadiqliyini göstərir”.

O eləcə də deyib ki, Azərbaycan çıxdığı yola, etdiyi əməkdaşlıqlara hər zaman sadiqdir: “Məhz buna görədir ki, WUF13-ə evsahibliyi etdiyimizə görə, səmimi qunaqpərvərlik göstərdiyimizə görə dövlətimizə və xalqımıza dəfələrlə minnətdarlıq ifadə edildi. Əgər beynəlxalq birlik tərəfindən Azərbaycan bu qədər yüksək mərtəbəyə yerləşdirilirsə, bizim özümüz də daxildə dövlətimizə bu prosesdə dəstək verməliyik. Azərbaycan münaqişədən sonra bərpa və yenidənqurma sahəsində nümunəvi addımlar atır. Bu gün müharibə və münaqişə mərhələsində olan, bu perioddan keçən bütün dövlətlər və regionlar Azərbaycanın təcrübəsindən yararlana bilərlər. Cənab Prezident İlham Əliyevin Forumun açılışı zamanı etdiyi çıxış da son dərəcə sistemli bir çıxış idi. Ardıcıllıqla Azərbaycanın keçdiyi tarixi yola, indiki mövqeyinə və qarşıda duran çağırışlara necə cavab verdiyi, bundan sonra da necə reaksiya verəcəyi ilə bağlı dövlət başçımız olduqca əsaslı və düzgün yanaşma ortaya qoydu. WUF13 bizim üçün bir imtahan idisə, biz bu imtihandan da üzüağ, alnı açıq, yüksək nəticələrlə çıxdıq. Odur ki, əməyimizi birinci özümüz dəyərləndirməli və təqdir etməliyik. Keçilən keşməkeşli yola, əməyimizə hörmət qoymalı, bu istiqamətdə dövlətimizin, Liderimizin əldə etdiyi nəticələrlə qürur duymağı bacarmaq mədəniyyətimizi yenə nümayiş etdirməliyik”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
icma.az

1Mənbələr