AZ

Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

Ajans.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”dakı paylaşımında bildirib. O, Rusiyanın əsas hərbi obyektlərindən birinin məhv edilməsinə görə Ukrayna Təhlükəsizlik Xidmətinə minnətdarlıq edib: "Sərhədimizdən məsafə 1700 kilometrdir, obyekt Perm bölgəsindədir. “Metafrax Chemicals” Rusiya kimya sənayesinin vacib hissəsidir". Zelenski şirkətin məhsullarının onlarla digər Rusiya hərbi istehsal müəssisəsini təmin etdiyini bildirib.

“Buraya təyyarələr, dronlar, raket mühərrikləri və partlayıcı maddələr daxildir. Artıq müəssisədə istehsal dayandırılıb. Bizim “uzaqməsafəli sanksiyamız” vacibdir”, - deyə o yazıb.

Seçilən
43
9
Ajans.az

10Mənbələr