Lənkəranda baş verən yol qəzası faciə ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının Şağlaküçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bildirilir ki, Nicat Soltanzadənin idarə etdiyi “KIA Sorento” markalı avtomobil hərəkət zamanı nəzarətdən çıxaraq 1965-ci il təvəllüdlü kənd sakini Xəzər Şükürovu vurub.
Daha sonra avtomobil yolun kənarında park vəziyyətində olan “VAZ-2107” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən “VAZ” markalı avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində həm piyada, həm də sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ağır vəziyyətdə olan 61 yaşlı kişi həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Meyit ekspertiza aparılması məqsədilə aidiyyəti üzrə təhvil verilib.
Baş vermiş hadisə ilə bağlı araşdırma davam etdirilir.



Sabutay, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta