AZ

Ukrayna Livana çevriləcək? - Kuleba 10 illik dinc dövr arzuladı

Ukraynanın bərpası üçün 10 illik dinc dövrə ehtiyacı var. Əks halda bu ölkə Livan kimi ola bilər.

Turkustan.az "Kiev Post"a istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.

Onun sözlərinə görə, əgər 10 illik atəşkəs əldə olunarsa, ölkə Polşanın postsovet dönəminə bənzər bir yolla gedə bilər. Lakin əks halda Ukrayna qaranlıq bir gələcəklə üzləşəcək.

O qeyd edib ki, hazırda Ukraynanın 10 illik daxili sülhə ehtiyacı var: "Sabitlik olmasa, Ukrayna daha çox Livana bənzəyə bilər".

Kuleba həmçinin Ukraynanın sonda Avropa Birliyinə qoşulacağına əminliyini ifadə edib. Çünki bu, artıq sadəcə texniki məsələ deyil, siyasi prosesə çevrilir./publika.az

Seçilən
34
2
turkustan.az

10Mənbələr