Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Brügge"nin hücumçusu Nikolo Trezoldi karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport"un jurnalisti Patrik Berger yayıb.
İspaniya nəhənginin Almaniyanın U-21 millisinin üzvünü bu yay rənglərinə bağlamağa çalışacağı bildirilib. Belçika klubunun bu keçid üçün Madrid təmsilçisindən təxminən 30 milyon avro tələb edəcəyi vurğulanıb.
Cari mövsüm bütün turnirlərdə 57 matça çıxan Trezoldi 20 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Onun "Brügge" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən forvardın transfer qiymətini 13 milyon avro məbləğində dəyərləndirir.
Nihat
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.