AZ

2026-cı ilin ən uzun günü

Ajans.az xəbər verir ki, iyunun 21-də gündüzün uzunluğu maksimum həddə çatacaq. Bu tarixdən sonra gündüz saatları tədricən qısalmağa başlayacaq. Astronomik hesablamalara əsasən, həmin vaxt günəş səmada ən yüksək nöqtəsinə çatır və bu da gündüz vaxtının ən uzun olmasına səbəb olur. Şimal yarımkürəsində yaşayan insanlar üçün bu tarix yay fəslinin astronomik başlanğıcı hesab edilir. Növbəti mühüm astronomik hadisə isə 23 sentyabrda baş verəcək payız bərabərliyi olacaq. Həmin gün gündüz və gecənin uzunluğu demək olar ki, bərabərləşəcək.

2026-cı ilin ən qısa gündüzü isə dekabrın 21-nə təsadüf edəcək və həmin gündən sonra gündüzlər yenidən uzanmağa başlayacaq.(lent.az)

Seçilən
18
Ajans.az

1Mənbələr