AZ

Modi: Hindistan və ABŞ sıx əməkdaşlığı davam etdirəcək

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hindistanın Baş naziri Narendra Modi ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını, həmçinin regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə edib.

Bizimyol.info xəbər verir ki, Narendra Modi görüşdən sonra “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada Hindistan–ABŞ münasibətlərində davamlı irəliləyişin əldə olunduğunu bildirib.

“Biz Hindistan və ABŞ arasında hərtərəfli strateji tərəfdaşlığın davamlı inkişafını, eləcə də regional və qlobal sülh və təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Hindistan və ABŞ bütün dünyanın rifahı naminə sıx əməkdaşlığı davam etdirəcək”, – deyə Modi vurğulayıb.

Görüş ABŞ dövlət katibi Marko Rubionun Hindistana dörd günlük səfəri çərçivəsində Yeni Dehlidə baş tutub. ABŞ-nin Hindistandakı səfiri Serxio Qorun sözlərinə görə, Rubio görüş zamanı ABŞ Prezidenti Donald Trampın adından Modiyə yaxın gələcəkdə Ağ Evə səfər etmək üçün rəsmi dəvət təqdim edib.

Marko Rubio Hindistana səfərinə Kəlküttədən başlayıb. Onun bazar günü Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə görüşəcəyi və ABŞ səfirliyini ziyarət edəcəyi gözlənilir. Daha sonra dövlət katibi Caypur və Aqraya səfər edəcək.

Səfərin əsas hadisələrindən biri isə çərşənbə axşamı keçiriləcək QUAD – Dördtərəfli Təhlükəsizlik Dialoquna üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı olacaq. ABŞ, Hindistan, Yaponiya və Avstraliyanın daxil olduğu bu platforma Hind-Sakit okean regionunda təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr