"Qızım məni eşitməyib nə edəcək? Çətin sənətdir, oxumasına ehtiyac yoxdur. Gərək bir az üzlü olasan. Durub qızımın dalıyca gəzməyəcəkdim. Öz işim var".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Qonaqcanlı" verilişində deyib. Qarmon ifaçısı qızından danışıb. O bildirib ki, qızının müğənni olmasına icazə verməyib.
G.Rzayeva qızına moda evi açmağa hazırlaşdığını bildirib:
"Qızıma moda evi açacağam. Gözəl bacarığı var. Zövqlüdür. Quraşdırır, düzəldir".