AZ

Lavrov: Qərb Ermənistanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışır

Lavrov: Qərb Ermənistanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Moskvanın müttəfiqlərini Rusiyadan uzaqlaşdırmağa çalışdığını və Ermənistanı da anti-Rusiya mövqeyinə cəlb etmək istədiyini bəyan edib.

AFN.az xəbər verir ki, Lavrov bu barədə Xarici və Müdafiə Siyasəti Şurasının XXXIV Assambleyasının iclasında çıxışı zamanı danışıb. O bildirib ki, Qərb əvvəllər Gürcüstan və Moldovaya münasibətdə tətbiq etdiyi siyasəti indi Ukrayna və Ermənistan istiqamətində davam etdirir.

Nazirin sözlərinə görə, Qərb Ermənistanı yanlış məntiqə cəlb etməyə çalışır və bunun əsas məqsədi Rusiyaya mümkün qədər çox zərər vurmaq, həmçinin Moskvanın böyük dövlət və sivilizasiya kimi mövqeyini qoruyub gücləndirməsini çətinləşdirməkdir.

Lavrov həmçinin qeyd edib ki, Rusiya Afrikada fəal fəaliyyət göstərir və qitədə səfirliklərini bərpa edir. O vurğulayıb ki, Rusiyanın dünyadakı təsirini və tərəfdaş kimi cəlbediciliyini gücləndirmək üçün əsas vəzifə xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olmaqdır.

Ermənistanın baş naziri Nikol Paşinyan isə mayın 20-də bildirib ki, İrəvan öz milli maraqlarını nəzərə alaraq Moskva ilə münasibətlərdə kəskin addımlar atmaq niyyətində deyil. O qeyd edib ki, Ermənistan öz maraqlarını Rusiyanın maraqlarından aşağı qoya bilməz, eyni zamanda Moskva ilə qarşıdurmaya da getməyəcək. Paşinyan əlavə edib ki, o, Rusiya prezidenti Vladimir Putinlə sıx təmasdadır.

Rusiya prezidenti Vladimir Putin isə mayın 9-da Moskva ilə İrəvan arasındakı münasibətlərin əsrlər boyu xüsusi xarakter daşıdığını söyləyib. Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarından danışan Putin bunun ayrıca müzakirə tələb etdiyini, lakin Rusiyanın burada qeyri-adi heç nə görmədiyini bildirib.

Seçilən
45
afn.az

1Mənbələr