AZ

Təyyarə qəfil hündürlüyü itirdi: 10 sərnişin xəsarət aldı

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Australianın Brisbane şəhəri ilə Honk Konq arasında uçuş həyata keçirən Cathay Pacific şirkətinə məxsus sərnişin təyyarəsinin güclü turbulensiyaya düşərək qəfil hündürlük itirməsi nəticəsində 10 nəfərin yaralandığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, “South China Morning Post” qəzetinin məlumatına görə, “Cathay Pacific”in 156 saylı reysi Honq Konqa enişə təxminən iki saat qalmış, kabin heyətinin yemək servisi etdiyi vaxt güclü turbulensiyaya daxil olub.

Qeyd olunub ki, qəfil hündürlük itkisi nəticəsində yaranan güclü sarsıntı səbəbindən 6 kabin əməkdaşı və 4 sərnişin yüngül xəsarət alıb.

Təyyarə Honq Konqa endikdən sonra tibbi müayinədən keçirilən yaralılardan 8-i müalicə üçün xəstəxanaya aparılıb.

Nəşrə danışan sərnişinlər bildiriblər ki, təxminən iki saniyə davam edən qəfil enmə zamanı yeməklər, salfetlər və sərnişinlərə məxsus əşyalar salonun içinə səpələnib, insanlar isə qorxu içində qışqırıblar.

Sərnişinlərdən biri yaşadığı anları təsvir edərək, “Bu, əyləncə parkındakı sərbəst düşmə qülləsi kimi idi. Bir anlıq təyyarə qəzasında öləcəyimi düşündüm” deyib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr