AZ

Premyer Liqa: “Neftçi” son turda “Kəpəz”ə qalib gəldi – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026 mövsümünün sonuncu – 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun gününün ilk qarşılaşması Sumqayıtda baş tutub.

“Kəpəz” burada “Neftçi” ilə üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş matçın baş hakimi Vüqar Həsənli olub. Oyunun taleyini bir qol həll edib. Paytaxt təmsilçisi yekunda 3 xala sevinən tərəf olub.

Premyer Liqa
33-cü tur
23 may

“Kəpəz” – “Neftçi” 0:1
Qol: Freddi Varqas, 54.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 15:00.

Kəpəz: 81. Elgün Bayramov, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 11. Rəhman Hacıyev, 29. Dioqo Verdaska (k), 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 30. Ruslan Quliyev, 83. Raul İsaqov, 12. Mahamadu Ba.
Baş məşqçi: Azər Bağırov.

Neftçi: 1. Emil Balayev (k), 4. Elvin Camalov, 17. Murad Xaçayev, 77. Falaye Sako, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 33. Breno Almeyda, 10. Freddi Varqas, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 95. Eldar Babayev, 8. Emin Mahmudov, 15. Elvin Bədəlov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 70. Andrey Ştoqrin, 11. İmad Faraj.
Baş məşqçi: Yuri Vernidub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
45
2
arena.az

10Mənbələr