AZ

Klubun etimadını doğrultmadı

style='margin-bottom:10px;'>

Dortmund "Borussiya"sının gənc futbolçusu Jülyen Duranvil klub rəhbərliyinin etimadını doğrultmayıb.

QOL.az xəbər verir ki, 2023-cü ildə "Anderlext"dən böyük hədəflərlə transfer olunan vinger ardıcıl zədələr səbəbindən 40-dan çox oyunu buraxıb.

Almaniya mətbuatının məlumatına görə, klub rəhbərliyi futbolçunun məşqlərə yanaşmasından və davranışından da narazıdır. Mövsümün ilk yarısında Dortmund təmsilçisinin əvəzedici komandasında cəmi iki oyuna çıxan vingerin karyerasını yenidən canlandırmaq üçün icarəyə göndərilməsi planı da uğursuz alınıb.

Mövsümün ikinci yarısını icarə əsasında "Bazel"də keçirən Duranvil 17 oyunda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr