AZ

Qarabağ ı üç futbolçu tərk etdi, ikisi də yol üstündədir

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cari mövsüm Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Qarabağ"ın 3 futbolçusu gedib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar  qanalı vinger Emmanuel Addai, ukraynalı yarımmüdafiəçi Aleksey Kaşuk və Zaqreb "Dinamo"sundan icarəyə götürülən mərkəz müdafiəçisi Sami Mmayedir.

Onların müddəti gələn ayın sonunda başa çatacaq müqavilələri yenilənməyəcək.

Mmaye daxili intizam qaydalarını pozduğu üçün bir müddət idi ki, əvəzedici komandaya göndərilmişdi. Addai özü Azərbaycanda qalmaq istəməyibsə, ümidləri doğrulda bilməyən Kaşukla klub sözləşmə yeniləməyə ehtiyac duymayıb.

Qapıçı Fabian Buntiç və hücumçu Ramil Şeydayevlə də yolların ayrılacağı gözlənilir.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
fanat.az

2Mənbələr