AZ

86 yaşlı məşhur aktrisa ilk dəfə ŞOK ETİRAF etdi

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Yeşilçam” ulduzu Suna Selen aktyor Münir Özkul ilə evlilikləri barədə diqqətçəkən açıqlamalar verib.

86 yaşlı sənətçi illər sonra ayrılıqlarının səbəbini ilk dəfə bölüşüb.

Suna Selen bildirib:

“Münir mənə dedi ki, “təzə qana ehtiyacım var”. Həm də dedi ki, “sən çox ciddisən”. Biz sadəcə dost idik. Heç vaxt sevgili olmadıq”.

Selen qızları dünyaya gələndə yaşanan maraqlı bir hadisəni də ilk dəfə danışıb. O bildirib ki, Münir Özkulun ilk həyat yoldaşı olan Şadan Özkul uşağın adında öz adının da olmasını istəyib.

Selen həmin dövrü belə xatırlayıb:

“Uşağımız dünyaya gələndə Şadan xanım dedi ki, ona mənim də adımı qoyun. Münir dedi ki, Şadan öz adının da verilməsini istəyir. Mən də “Qoyaq” dedim. Beləcə qızımızın adını Güner Şadan Özkul qoyduq”.

Sənətçi əlavə edib ki, Münir Özkul içkini tamamilə tərgitdikdən sonra Şadan xanım daha bir istək irəli sürüb:

“Münir mənə dedi: “Şadan deyir ki, məndən boşandın, ondan da boşan”. Mən də “Yaxşı, boşanaq” dedim”.

(musavat)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
2
moderator.az

3Mənbələr