AZ

Lənkəranda ağır avtoqəza: Ölən var

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Şağlaküçə kəndi ərazisində qeydə alınıb.

Lənkəran şəhər sakini Nicat Soltanzadə "KIA Sorento" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan Şağlaküçə kənd sakini - 1965-ci il təvəllüdlü Xəzər Şükürovu vurub. Daha sonra KIA yol kənarında hərəkətsiz dayanan VAZ-2107 markalı avtomobilə çırpılıb.

Piyada və sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

X.Şükürov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
30
far.az

1Mənbələr