
“İran Vaşinqtondan kompensasiya müqabilində ABŞ üçün Hörmüz boğazının açılmasını təklif edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziya kanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Kanalın mənbələri iddia edir ki, İran ABŞ-dən kompensasiya müqabilində Hörmüz boğazının açılmasını təklif edib:
“İran ABŞ ilə dolayı danışıqlarda vasitəçilik edən Pakistana iki təklif çatdırıb. İran hakimiyyəti həmçinin hər hansı bir müqavilə imzalamadan əvvəl sanksiyalar və dondurulmuş aktivlər faylını müzakirə etməyi təklif edib”.