AZ

Azər Bağırov: “Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nə ilə?”

"Kəpəz" Misli Premyer Liqasının XXXIII turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Gənc futbolçulara şans verdiyim üçün çox sevinirəm. Bəlkə də onlar Azərbaycan futbolunun gələcək simaları olacaqlar. Öz üzərlərində çox çalışmalıdırlar. Oyuna gəldikdə, uşaqlar döyüşdülər, bacardıqlarını etdilər. Hər birinə təşəkkür edirəm. Biz gələndə "Kəpəz"in 6 oyunda 6 məğlubiyyəti var idi. Belə vəziyyətdə komandanı götürmək çətin idi. 12 legioner transfer olunmuşdu. Bunun fonunda komandanı Premyer Liqada saxladıq. Klubda çalışan hər kəsə təşəkkür edirəm".

- Bu gün meydanda olan gənc oyunçulardan kimləri xüsusi qeyd edərdiz? 

- Şahnur İsmayılovla Raul Hüseynlini vurğulamaq istərdim. Bacarıqlı futbolçulardır. Daha çox çalışmalıdırlar. Çünki artıq üzərlərində diqqət var. 

- "Kəpəz"dən ayrılıb "Şamaxı"ya keçəcəyiniz deyilir. Bu barədə fikirlərinizi bildirə bilərsiniz? 

- Bu barədə danışmaq istəmirəm. Klubun rəsmi hesablarında məlumat veriləcək. Ümid edirəm ki, hər şey Azərbaycan futbolu üçün uğurlu olar.

- Oyun bitəndən sonra azarkeşlər sizə qarşı süarlar səsləndirdi. Sizə haqsızlıq edildiyini düşünmürsüz? 

- Futbolda belə şeylər var. Anlaşılmazlıqlar həmişə olub. Azarkeşlərdən razıyam. Gəncə azarkeşləri futbolu bilirlər. Rəhbərliklə də heç bir problemim yoxdur. Klubdan mənə qalmaq təklifi olunmuşdu. Beynimdə müəyyən məsələlər var. Hər şey üçün zaman lazımdır. Klubun etdiyi təklif builkindən yaxşı idi. 

- Klubun sizə daha yaxşı təklif etdiyini dediz. Bəs niyə razılığa gələ bilmirsiz? 

- Doğruluğun və verdiyim sözün üstündə durmağın tərəfdarıyam. Daim "Kəpəz" azarkeşlərini sevindirmək istəmişəm. Büdcə buna imkan verməyəcəksə, azarkeşlərin yanında əlacsız durumda olacağam.

- "Şamaxı"nın oyununu izləməyiniz xoş qarşılanmadı. Bununla bağlı nə deyə bilərsiniz? 

- Biz futbol adamıyıq. Səhər tezdən məşqimiz yüksək səviyyədə keçmişəm. Özüm də uşaqlarla futbol oynadım. Qəbələdə evim var. Düşündüm ki, gedib orada futbola baxım. Qəbələdə bir gün qalıb sonra Bakıya gəlmişəm. İfadəmə görə üzr istəyirəm, barda olmamışam ki. Futbol adamıyam, stadionda olmalıyam da. Sabah başqa oyuna baxa bilərəm.

- Klub rəhbərlliyi ilə münasibətiniz necədir? 

- Adil Vəliyevlə, Fərman müəllimlə çox yaxşı münasibətimiz var. Bəzi məsələlər var ki, bilinmir. Belə olanda qərar vermək çətindir. Düşünürəm ki, hər şey yaxşı olar.

- Rəhbərlik qarşınıza avrokuboklara vəsiqə tələbi qoyub? 

- Xeyr. Məsələ tək büdcə deyil. Bir komandanı formalaşdırmaq üçün ən azı 3 il vaxt lazımdır. Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nə ilə?

Millimizin heyəti bəlli oldu

Saşa İliç: “Komandanın potensialı var”

Qurban Qurbanov: “Elvin Cəfərquliyevə icazə vermişik ki…”

Valdas Dambrauskas: “Bir oyunçudan ibarət deyilik”

“Qarabağ”dan çətin qələbə - YENİLƏNİB

Seçilən
1
5
apasport.az

9Mənbələr