AZ

Ucarda qəza: sürücü hadisə yerində keçindi

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Qazyan kənd sakini, 67 yaşlı Xanlar Abdullayevin idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə Mingəçevir şəhər sakini, 37 yaşlı Turan Hüseynovun idarə etdiyi "Mercedes sprinter" markalı maşın toqquşub.

Nəticədə "VAZ 2107"-nin sürücüsü hadisə yerində həyatını itirib.Faktla bağlı araşdırma aparılır.Bizim.Media, Aran bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
bizim.media

1Mənbələr