AZ

“Təbiətin fırça izi” sərgisi gənc yaradıcılığın yeni təqdimatı

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 23 may, AZƏRTAC

Muzey Mərkəzində Bakı-İstanbul Liseyinin şagirdlərinin “Təbiətin fırça izi” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə liseyin 60 şagirdinin müxtəlif üslub və yanaşmaları əks etdirən rəngarəng əsərləri nümayiş olunub.

Sərgidə təqdim edilən işlər təbiətin gözəlliklərindən ilhamlanaraq yaradılıb. Bu əsərlər şagirdlərin daxili aləmini, təsəvvürünü, dünyaya baxışını və incəsənətə olan həssas münasibətini dolğun şəkildə ifadə edir. Bu sərgi yalnız bir təqdimat deyil, eyni zamanda, gənc istedadların özlərini ifadə etməsi üçün mühüm platformadır. Layihə uşaqların yaradıcılıqlarını geniş auditoriyaya təqdim etməsinə imkan yaradır, onların gələcək inkişafı üçün motivasiya mənbəyinə çevrilir.

Eyni zamanda, bu cür təşəbbüslər ölkədə uşaq və gənclərin mədəni inkişafına, incəsənətə olan marağın artmasına və yaradıcı düşüncənin təşviqinə mühüm töhfə verir.

“Təbiətin fırça izi” sərgisi gənc nəslin incəsənətə baxışını formalaşdırmaqla yanaşı, onların yaradıcı dünyasını cəmiyyətə təqdim edən əhəmiyyətli mədəni hadisə hesab olunur.

Fotoqraf - Tofiq Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

10Mənbələr