2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edildikdə əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir. Qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir. “İki sahil” xəbər verir ki, [tən dövrdə 60 mindən çox şəxs həmin ödənişlərlə təmin olunub. Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki dövr üzrə ümumilikdə 37,1 mln. manat vəsait ödənilib.