Astrologiyaya əsasən, bəzi bürclər mehriban və səmimi görünsələr də, arxada fərqli planlar qura bilərlər.
Musavat.com Türkiyə mətbuatına istinadla özəl xarakteri olan 3 bürcü təqdim edir:
Əqrəb (24 oktyabr – 22 noyabr)
Sirli və dərin emosiyaları ilə tanınan Əqrəblər güclü intuisiya sahibidirlər. Onlar ətraflarındakı insanları diqqətlə analiz etməyi bacarırlar. İlk baxışdan sadiq və etibarlı təsir bağışlasalar da, bəzən münasibətlərdə gizli hesablar qura bilərlər. Planlı və strateji davranışları onları olduqca ehtiyatlı və hiyləgər göstərə bilər.
Əkizlər (21 may – 20 iyun)
Dəyişkən xarakterləri və yüksək ünsiyyət bacarıqları ilə seçilən Əkizlər ətraflarındakı insanları asanlıqla təsirə məruz qoyurlar. Əkizlər bürcü insanlarının nə düşündüyünü anlamaq bəzən çətin olur, çünki onlar planlarını ustalıqla gizlətməyi bacarırlar.
Oğlaq (22 dekabr – 19 yanvar)
Məqsədyönlü və intizamlı Oğlaqlar uğura çatmaq üçün hər addımlarını hesablayırlar. Ciddi və sakit görünüşləri insanlarda güvən yaratsa da, şəxsi maraqları ön plana çıxanda gizli strategiyalar qura bilərlər.
Musavat.com