AZ

Tehrandan Vaşinqtona şərt - Təzminat ödəyin, Hörmüzü açaq

Tehran Hörmüz boğazının açılması qarşılığında Vaşinqtona kompensasiya mexanizmi təklif edib.

Turkustan.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Al Arabiya telekanalı diplomatik mənbələrə istinadən xəbər yayıb.

Mənbələrin bildirdiyinə əsasən, İran ABŞ-yə kompensasiya verilməsi müqabilində Hörmüz boğazının açıq saxlanılmasını təklif edib.

Məlumatda qeyd olunur ki, Tehran ABŞ ilə dolayı danışıqlarda vasitəçi rolunu oynayan Pakistana iki ayrı təklif təqdim edib.

Bununla yanaşı, İran tərəfi hər hansı razılaşmanın imzalanmasından əvvəl sanksiyalar və dondurulmuş aktivlərlə bağlı məsələlərin müzakirəyə çıxarılmasını istəyib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bəyan etmişdi ki, hazırkı mərhələdə ABŞ ilə aparılan danışıqlarda nüvə proqramı və sanksiyaların ləğvi məsələləri müzakirə predmetinə daxil deyil.

Onun sözlərinə görə, məhdudiyyətlərin aradan qaldırılması İranın prinsipial mövqeyi olaraq qalır və bu məsələ razılaşma üzrə işlər yekunlaşdıqdan sonra növbəti mərhələlərdə nəzərdən keçiriləcək.

Xatırladaq ki, Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munir vasitəçilik təşəbbüsü çərçivəsində cümə günü Tehrana səfər edib. O, səfər zamanı İranın xarici işlər naziri Abbas Əraqçi və İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ilə görüş keçirib./modern.az

Seçilən
0
1
turkustan.az

2Mənbələr