Cəbrayıl rayonu ərazisində yaradılan “Ağıllı Tingçilik Mərkəzi” regionda meşə bərpasına mühüm töhfə verəcək. Layihə çərçivəsində il ərzində 2 milyon ədədə qədər ağac tinginin yetişdirilməsi nəzərdə tutulur.
Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bildirib.
Nazir qeyd edib ki, 2024-cü ilin sonundan başlayaraq Meşələrin İnkişafı Xidməti böyük istixanaların quraşdırılmasına başlayıb:
“İndiyə qədər 5 böyük istixana kompleksi quraşdırılıb. Hazırda bu istixanalarda illik təxminən 1 milyon ting yetişdirilir. Mərkəzdə həm müasir üsullarla tinglərin yetişdirilməsi həyata keçiriləcək, həm də regional təlim mərkəzi kimi fəaliyyət göstərəcək. İl ərzində 2 milyon ədəd tingin yetişdirilməsi hədəflənir ki, bu da azad edilmiş ərazilərdə meşələrin yenidən qurulmasına əvəzsiz töhfə verəcək.
Eyni zamanda, başlanğıc mərhələsində olan digər alternativ layihələr də mövcuddur,” – deyə nazir əlavə edib.