Ukrayna ordusunun Luqanskdakı Starobilsk kollecinə PUA hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hücum zamanı 60 nəfərin yaralandığı bildirilib. Daha 3 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.
Qeyd edək ki, mayın 23-də Ukrayna ordusu Luqanskın Starobelsk şəhərində kollecin yataqxanasına dronla zərbə endirib. Hadisə zamanı yataqxananın bir korpusu dağılıb.
Dron zərbəsi endirilərkən yataqxanada 14 yaşdan 18 yaşa qədər 86 nəfərin olduğu bildirilib.
Bizim.Media