AZ

"WhatsApp"ın yaradıcısı istifadəçiləri belə aldadıb

"Telegram"ın yaradıcısı Pavel Durov öz kanalında "WhatsApp"dakı şifrələmənin "nəhəng bir yalan" olduğunu yazıb.

Publika.az xəbər verir ki, biznesmen bu fikri Texas ştatının "WhatsApp"ı istifadəçilərin məlumatlarının məxfiliyi ilə bağlı aldatdığı üçün məhkəməyə verməsi xəbərinə münasibət bildirərkən qeyd edib.

"İndi WhatsApp-ın yaradıcısının 'istifadəçilərimin məxfiliyini satıram' dedikdə nəyi nəzərdə tutduğunu başa düşürük", - deyə Durov bildirib və istifadəçiləri "Telegram"a keçməyə çağırıb.

Daha əvvəl Texasın baş prokuroru Ken Pakston ştatın "Meta" şirkətini və "WhatsApp"ı yazışmaların şifrələnməsi ilə bağlı istifadəçiləri aldatdıqları üçün məhkəməyə verdiyini açıqlayıb. İddiaya görə, şirkətlər müştərilərə mesajlarının tam şifrələndiyinə dair yalan vəd veriblər, halbuki əslində messencerdəki demək olar ki, bütün şəxsi yazışmalara çıxışları var.

Seçilən
28
5
publika.az

6Mənbələr