AZ

Üç güləşçimiz Avropa çempionatının finalında

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-15 Avropa çempionatı sona yaxınlaşır.

Publika.az xəbər verir ki, yarışın dördüncü günündə sərbəst güləş üzrə millimizin son 7 üzvü mübarizəyə qoşulub və onlardan 3-ü finala yüksəlib.

Yusif Abdullayev (38 kiloqram) ukraynalı İvan Vasilkov (10:0), ermənistanlı Norayr Gevorqyan (11:0) və belçikalı Mohammad Bisultanova (13:1) tam üstünlüklə qalib gəlib. Yusif finalda gürcüstanlı Rezi Yobidzeylə güləşəcək.

Elman İsmayılov (41 kiloqram) gürcüstanlı Giorgi Kavelidze (tuş), belaruslu Yevgeni Latantsov (tuş) və ermənistanlı Tiqran Ağacanyana (11:0) vaxtından əvvəl qalib gələrək adını finala yazdırıb. Elman həlledici görüşdə bolqarıstanlı Simyon Velikovla üz-üzə gələcək.

Məhəmməd Kərimov (44 kq) polşalı Qabriel Mateyko (10:0) və ermənistanlı Aleks Qazaryanı (3:2) mübarizədən kənarlaşdırıb. Yarımfinalda ukraynalı Arsen Pijuka 3:5 hesabı ilə məğlub olan Məhəmməd sabah bürünc medal uğrunda güləşəcək.

Seçilən
37
29
publika.az

10Mənbələr