AZ

Rusiya Ordusunun Kiyevə raket zərbəsi nəticəsində 2 nəfər ölüb, 44 nəfər yaralanıb

Rusiya Ordusunun mayın 24-nə keçən gecə Kiyevə endirdiyi raket zərbəsi nəticəsində 2 nəfər ölüb, daha 44 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bunu “Telegram”-da paylaşımında bildirib.

Vitali Kliçko qeyd edib ki, yaralanan 44 nəfərdən 28-i xəstəxanaya yerləşdirilib:

“Onların arasında vəziyyəti orta ağır olan iki uşaq da var. Daha üç yaralının vəziyyəti ağırdır. 16 zərərçəkənə tibbi yardım ambulator şəkildə göstərilib”.

Seçilən
29
6
konkret.az

10Mənbələr