AZ

Paşinyan: Ən geci 2 il sonra Ermənistan və Aİ arasında vizasız rejim olacaq

Ən geci 2 il sonra Ermənistan və Avropa İttifaqı arasında vizasız rejim olacaq...

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Hazırda Vətəndaş Müqaviləsi Partiyasının lideri qismində seçicilərlə görüş keçirən Nikol Paşinyan deyib ki, maksimum 2 il ərzində Ermənistan vətəndaşları “Şirak” hava limanından Larnaka şəhərinə vizasız uça biləcəklər.

Xatırladaq ki, Ermənistan ilə Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqlar rəsmi olaraq 2024-cü ilin dekabr ayında başlayıb. (APA)

Poliqon.info

Seçilən
18
3
poliqon.info

4Mənbələr