AZ

Niyə səhərlər limonlu su içməliyik?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Səhər saatlarında acqarına soda və limonlu su qarışığı qəbul etmək bədəndə bir neçə mühüm bioloji prosesi eyni vaxtda işə salır.Demokrat.az xəbər verir ki, bu vərdiş ilk növbədə həzm sisteminin fəaliyyətinə birbaşa təsir göstərir. Soda və limon qarışığı təbii antasid xüsusiyyətinə malik olduğu üçün mədə turşuluğunu neytrallaşdırır. Xüsusilə mədə yanması, qıcqırma və ya şiddətli şişkinlikdən əziyyət çəkənlər üçün bu üsul anlıq rahatlıq yarada bilir. Limon şirəsi həzm fermentlərinin aktivləşməsinə kömək edir, soda isə bağırsaqlarda qaz yığılmasının qarşısını alır.Bədənin qələvi balansının qorunması bu prosesin digər vacib tərəfidir. Limon dadca turş olsa da, maddələr mübadiləsi zamanı qələvi qalıq buraxır. Soda ilə birləşdikdə bədənin pH balansını tənzimləyir və daxili mühitin həddindən artıq turşulaşmasının qarşısını alaraq hüceyrələrin yenilənməsinə şərait yaradır. Eyni zamanda bu qarışıq qaraciyərin toksinlərdən təmizlənməsinə yardım edən təbii stimullaşdırıcı rolunu oynayır. Tərkibindəki C vitamini immuniteti gücləndirir və maddələr mübadiləsini sürətləndirərək enerjini artırır.Lakin bəzi riskləri də nəzərə almaq lazımdır. Limonun turşuluğu və sodanın tərkibi diş emalını zamanla zədələyə bilər. Qastrit və ya xora problemi olanlarda bu qarışıq bəzən kəskin qıcıqlanmaya səbəb olur. Həmçinin sodanın tərkibindəki yüksək natrium miqdarı təzyiq xəstələri üçün risk yaradır. Bu səbəbdən hər hansı xroniki xəstəliyi olan şəxslərin bu vərdişə başlamazdan əvvəl həkimlə məsləhətləşməsi mütləqdir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
demokrat.az

1Mənbələr