AZ

Alimlərdən sensasion kəşf: Pişiklərlə insan xərçəngi arasında əlaqə tapıldı

Pişiklərlə insanlardakı xərçəng xəstəlikləri arasında təəccüblü genetik əlaqələr aşkar olunub.

 

Bu barədə məqalə "Science" portalında dərc edilib.

 

Alimlər dünyanın müxtəlif yerlərindən toplanmış təxminən 500 pişik şişini genetik baxımdan təhlil ediblər. Tədqiqat nəticəsində pişiklərdə, itlərdə və insanlarda müşahidə olunan xərçəng xəstəlikləri arasında, o cümlədən aqressiv döş xərçəngi ilə əlaqəli genlərdə heyrətamiz oxşarlıqlar aşkarlanıb.

 

Araşdırma zamanı həmçinin qan, sümüklər, ağciyərlər, dəri, mədə-bağırsaq traktı və mərkəzi sinir sisteminə təsir edən pişik və insan xərçəngləri arasında da bənzərliklər müəyyən edilib.

 

Alimlərin fikrincə, pişiklər çox vaxt sahibləri ilə eyni mühiti paylaşdıqları üçün bəzi xərçəng riskləri ətraf mühit faktorlarının ümumi təsiri ilə əlaqəli ola bilər.

 

Tədqiqatın nəticələri göstərir ki, insanlarda artıq tətbiq olunan bəzi müalicə üsulları gələcəkdə pişiklər üzərində də sınaqdan keçirilə bilər. Eyni zamanda, ev pişiklərinin iştirakı ilə aparılan xərçəng araşdırmalarından əldə olunan məlumatlar gələcəkdə insanlar üzərində keçiriləcək klinik tədqiqatlara da istiqamət verə bilər.

 

Oxu.az

Tarix: 25 May 2026, 07:45   
Seçilən
35
2
pravda.az

3Mənbələr