AZ

Azərbaycanın sərbəst güləşçiləri 5 medal qazanıblar

Azərbaycanın

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatına yekun vurulub.
Ulusum.az xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın 5 sərbəst güləşçisi fəxri kürsüyə qalxıb.
Finaladək bütün görüşləri vaxtından əvvəl qələbə ilə başa vuran Yusif Abdullayev (38 kiloqram) son qarşılaşmada da ənənəsinə sadiq qalıb. Gürcüstan təmsilçisi Rezi Yobidzeyə tam üstünlüklə (10:0) qalib gələn həmyerlimiz Avropa çempionu olub.Elman İsmayılov (41 kiloqram) finalda bolqarıstanlı Simyon Velikova 4:15 hesabı ilə uduzub və gümüş medalı boynundan asıb.Məhəmməd Kərimov (44 kiloqram) belaruslu Aleksandr Hamova tam üstünlüklə (16:6) qalib gələrək bürünc medal qazanıb.Adəm Quliyev (52 kiloqram) finalda rusiyalı Badruddin Maqomedova 7:9 hesabı ilə məğlub olub və yarışı ikinci pillədə başa vurub.Yusif Hüseynov (62 kiloqram) isə bürünc medal uğrunda görüşdə rusiyalı Zaur Najmudinovu üstələyib – 5:0.Beləliklə, sərbəst güləş millimiz qitə birinciliyində 6 medal əldə edib. Xatırladaq ki, ötən gün Elvin Necəfzadə (85 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Azərbaycanın

Diqqət Çəkənlər

Böyük Qayıdış: Şükürbəyli kəndinə növbəti köç

Nikol Paşinyan: Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzində

Seçilən
21
19
ulusum.az

10Mənbələr