AZ

ABŞ “Yaşıl kart” almaq üçün yeni qaydaları açıqlayıb

Banco.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az 

ABŞ "Yaşıl kart" almaq üçün yeni qaydaları açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb.

Bəyanatda bildirilib ki, ABŞ-də müvəqqəti viza ilə yaşayan xarici vətəndaşlar yalnız müstəsna hallar istisna olmaqla, öz ölkələrindən daimi yaşayış icazəsi – “Yaşıl kart” üçün müraciət etməli olacaqlar.

Qeyd olunub ki, təxminən 60 ildir əsasən eyni formada tətbiq edilən sistemdə dəyişiklik edilməsinin məqsədi mövcud boşluqlardan sui-istifadənin qarşısını almaqdır.

USCIS açıqlayıb ki, yeni qayda daimi yaşayış hüququ olmayan şəxslərin ölkədə qanunsuz qalmasının qarşısını almağa yönəlib.

Bəyanatda vurğulanıb ki, bu addım immiqrasiya sisteminin daha nəzarətli və şəffaf şəkildə işləməsini təmin etmək məqsədi daşıyır.

Açıqlamada tələbə, müvəqqəti iş və turist vizası sahiblərinin ABŞ-a qısa müddətli və konkret məqsədlərlə gəldiyi xatırladılıb:

“Sistem onların səfərləri başa çatdıqdan sonra ölkəni tərk etmələri üçün nəzərdə tutulub. Onların səfərləri "Yaşıl kart" prosesinin ilk addımı hesab edilməməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
banco.az

1Mənbələr