AZ

The Washington Post: Hörmüz boğazının açılması üçün ilkin tarix açıqlanıb

ABŞ ilə çərçivə sazişi imzalanacağı təqdirdə İran Hörmüz boğazını dərhal açmağa borclu olacaq. Bundan əlavə, Tehran 30 gün ərzində müharibədən əvvəlki gəmiçilik səviyyəsinin bərpasını təmin etməlidir. Bu barədə danışıqların gedişi ilə tanış olan diplomatlara istinadən “The Washington Post” yazır.

Hörmüz boğazının açılması şərtləri qarşılıqlı anlaşma memorandumu ilə tənzimlənəcək. Məqalədə qeyd olunur ki, boğaz açıldıqdan sonra ABŞ və onun müttəfiqləri Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırıldığını elan edəcəklər.

Çərçivə sazişinə həmçinin İranın heç vaxt nüvə silahı hazırlamamaq öhdəliyi də daxildir. Tehran zənginləşdirilmiş uranın bütün ehtiyatlarını məhv etməlidir. Tehran və Vaşinqton arasında sazişin icra mexanizmi yaxın iki ay ərzində müzakirə olunacaq.

Bundan əvvəl “The New York Times” mənbələrə istinadən ABŞ və İranın Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəldiyini yazmışdı. Nəşr qeyd edib ki, razılaşmanın detalları hələ işlənib hazırlanmalıdır. Xüsusilə, İranın Hörmüz boğazı üzərində hansısa nəzarəti saxlayıb-saxlamayacağı məlum deyil.

Seçilən
32
banker.az

1Mənbələr