Binanın fasadı qopub maşının üstünə düşdü - Video
Paytaxtın Nəsimi rayonunda, “28 May” metrostansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasının fasad hissəsi qoparaq həyətə düşüb.BUTA.TVTrend-ə istinadla xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Binanın aqlay üzlüyünün yüksək mərtəbədən qopub tökülməsi nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.