Bakıda sərnişin avtobusu qəzaya düşüb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonundakı “İzmir dairəsi” adlanan ərazidə qeydə alınıb.
Belə ki, 2 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq səkiyə çırpılıb.
Hadisə nəticəsində avtobusdakı sərnişinlər nəqliyyat vasitəsindən düşürülüblər.
Qəzanın başvermə səbəbi araşdırılır.