AZ

Fobiya həm də qorxudurmu?

ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

"Xaricdən gələn təhdidlərə qarşı verdiyimiz emosional reaksiyalar qorxu adlanır. Fobiyalar isə, hiss etdiyimiz bu qorxunun bir növüdür. Bir vəziyyətə qarşı duyulan qorxunun şəxsin gündəlik həyatını mənfi təsir etməsinə fobiya deyilir. Fobiyalar tez-tez rast gəlinən təşviş pozuntuları arasında yer alır. Fobiyaya sahib olan şəxslərə fobik demək olar". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun sözlərinə görə, hər canlı, təhdid kimi qəbul etdiyi və varlığını təhdid edən vəziyyətlərdən instinktiv olaraq qaçır. İnsan şüuru isə bu qaçınmanı qorxu olaraq qəbul edir. Qorxu, bir növ ön xəbərdarlıq mexanizmidir. Şəxs, təhlükəli kimi qəbul etdiyi və ya həyatını təhdid edən vəziyyətlərdən qaça bilmirsə və ya qaçdığı halda emosional olaraq rahatlaşa bilmirsə, qorxu nəzarətdən çıxır. Şəxsin rahatlaşa bilməməsi nəticəsində qorxu və narahatlıq get-gedə artır ki, bu vəziyyət də təşvişə yol aça bilər. "Təşviş, şəxsin gündəlik həyatını mənfi təsir edir və şəxsin nəzarəti xaricində işləyən bir mexanizmdir. Bu nöqtədə, özümüzü qoruma və ön xəbərdarlıq mexanizmi olaraq tanımladığımız qorxu, fobiya halına gəlir. Qorxular və ya fobiyalar həmişə müəyyən bir varlığa və ya vəziyyətə bağlı olmaya bilər. Cəmiyyətdə, fobiyalar adətən bir xəstəlik deyil, bir şəxsiyyət xüsusiyyəti və ya xasiyyət olaraq qəbul edilir. Bu səbəbdən, müalicə üçün tibb müəssisələrinə müraciət edən şəxs sayı olduqca azdır. Fobiyalar qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir", - deyə psixoloq Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
sesqazeti.az

2Mənbələr