Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar intensiv və güclüdür.
Mayın 24-ü saat 18:00-18:05 radələrində Şəki rayonunun Baş Zəyzid kəndinə diametri 15-20 mm, rayonun Baş Göynük kəndinə isə diametri 10-15 mm, saat 19:48-19:53 radələrində Yardımlıya diametri 21-25 mm olan dolu düşüb.
"Cebheinfo.az"