AZ

Nyu-York birjaları Memorial Day səbəbindən bağlı olacaq

ABŞ-ın iki əsas fond birjası — New York Stock Exchange və Nasdaq — mayın 25-də Memorial Day bayramı ilə əlaqədar ticarətə bağlıdır.

Birjalarda əməliyyatlar adi qrafik üzrə mayın 26-da, çərşənbə axşamı ABŞ-ın Şərq vaxtı ilə saat 09:30-da bərpa olunacaq.

Bakı vaxtı ilə bu, saat 17:30-a təsadüf edir.

Memorial Day ABŞ-da hər il mayın son bazar ertəsi qeyd olunur. Bu gün ölkədə hərbi xidmətdə həlak olanların xatirəsi yad edilir və federal bayram sayıldığı üçün maliyyə bazarları, banklar və bir sıra dövlət qurumları fəaliyyət göstərmir.

Seçilən
24
banker.az

1Mənbələr