AZ

Qadınlar pələngin qurbanı oldu

Hindistanın Maharaştra ştatında pələngin hücumuna məruz qalan dörd qadın ölüb.

"Unikal" xəbər verir ki, bu barədə "The Indian Express" məlumat yayıb. 

Nəşr bildirir ki, "Maharaştra ştatının Çandrapur rayonunda pələng və onun balalarının hücumu nəticəsində dörd qadın həlak olub". 

Məlumata görə,13 qadından ibarət qrup meşədə pələngin hücumuna məruz qalıb. Qadınlardan doqquzu qaçmağı bacarıb. Digər qadınlar pələngin qurbanı olub. 

Hadisədən sonra hakimiyyət orqanları qurbanların hər bir ailəsinə 25.000 rupi məbləğində təcili maliyyə yardımı elan edib. Bundan əlavə, ərazidə nəzarət gücləndirilib: meşədə və ətrafında üç CCTV kamerası və 30 kamera tələsi quraşdırılıb. Sakinlərə ərazinin təhlükəsizliyi təmin edilənə qədər meşəyə girmək qadağan edilib. 

Seymur Əli 

Seçilən
19
1
unikal.az

2Mənbələr